Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportnet.az-ın məluamtına görə, aparılan müzakirələrdən sonra müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar verilib:
Regional Liqasında "Ümid” – "Tufan” matçında "Ümid” klubu təhlükəsizliyi təmin etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Gənclər Liqasında "Kəpəz” – "Səbail” matçının 75-ci dəqiqəsində "Kəpəz”in futbolçusu Kamal Həsənpur ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Gənclər Liqasında "Zirə” – "Keşlə” matçının 76-cı dəqiqəsində "Zirə”nin futbolçusu Qulu Axundov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-17 Liqasında "Qarabağ” – "Zirə” matçının 90-cı dəqiqəsində "Zirə”nin futbolçusu Rəvan Babazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-17 Liqasında "Keşlə” – "Neftçi” İK İB matçının 89-cu dəqiqəsində "Neftçi” İK İB klubunun baş məşqçisi Elçin Dərgahquliyev İntizam Komitəsinin 18 №-li protokoluna əsasən texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Lakin sonradan Elçin Dərgahquliyevin köməkçi hakimi təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırılması müəyyən olunub. Bunu nəzərə alaraq İntizam Komitəsi 18 №-li protokoluna dəyişiklik edərək Elçin Dərgahquliyevi hakimi təhqir etdiyinə görə 5 oyun cəzalandırıb.
U-16 Liqasında "Neftçi” İK İB – "Vətən” matçının 75-ci dəqiqəsində "Vətən”nin futbolçusu Cavad Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-16 Liqasında "Keşlə” – "Neftçi” matçının 56-cı dəqiqəsində "Neftçi”nin futbolçusu Fərid Yusifli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-15 Liqasında "Neftçi” İK İB – "Turan” matçının 55-ci dəqiqəsində Neftçi” İK İB klubunun futbolçusu Taleh Yusifov və "Turan”ın futbolçusu Elnar Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 2 oyun cəzalanıb.
U-14 Liqasında "Səbail” – "Zirə” matçının 41-ci dəqiqəsində "Zirə”nin futbolçusu Mirfərid Qəhramanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-12 Liqasında Telman FM (Qusar) – Xudat (Xudat) matçında Telman FM komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-10 Liqasında Təhsil FM (Bakı) – İsgəndər Cavadov (Bakı) matçında Təhsil FM komandasının heyətində yetər say olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Qızlar Liqasında "Əhmədli Yunayted" – "Sumqayıt" matçında "Sumqayıt" komandasının heyətində yaş limiti pozulduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Qızlar Liqasında "Amasiya" FK – "Fidan" matçında "Fidan"ın heyətində yaş limiti pozulduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-16 Qızlar Liqasında, "Fidan" FK – ŞKGB matçının 32-ci dəqiqəsində ŞKGB klubunun futbolçusu Aytən Mütəllibova kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.