İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Vensan Kompani uzun müddətə sıradan çıxıb. Sportnet.az-ın məlumatına görə, komandanın kapitanı "Nyukasl" ilə Premyer Liqanın XX tur matçında xəsarət alıb.
Baş məşqçi Xosep Qvardiola zədənin ciddi olduğunu bildirib. O, belçikalı müdafiəçinin xidmətindən hələ çox yararlana bilməyəcəklərini açıqlayıb.
Qeyd edək ki, Vensan Kompani bu mövsüm 8 oyuna çıxıb. 31 yaşlı oyunçu iki həftəlik zədədən dekabrın 23-də "Bornmut"la oyun ərəfəsində qayıtmışdı.