Türkiyənin "Qalatasaray” klubu qış fasiləsində 3 futbolçusu ilə yollarını ayıracaq.
Sportnet.az "NTV Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim fransalı qapıçı Sedrik Karrasso, eləcə də yarımmüdafiəçilər Emrah Başsan və Umut Gündoğanın xidmətində maraqlı deyil.
Müdafiəçi Tarık Çamdal, həmçinin hollandiyalı yarımmüdafiəçilər - Naycel de Yonq və Rayan Donk barədə yekun qərar isə Antalya toplanışından sonra veriləcək.
Qeyd edək ki, Fatih Terim dekabrın 22-də 4-cü dəfə "Qalatasaray”ın baş məşqçisi təyin edilib.