Türkiyənin "Qalatasaray" klubu heyətinə yeni sol cinah müdafiəçisi cəlb etməyi planlaşdırır.
Sportnet.az "Hürriyət"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransada azarkeşə hücum etdiyinə görə "Marsel" klubunda müqaviləsinə xitam verilən Patris Evranı transfer etmək istəyir.
36 fransalı futbolçu menecerlər vasitəsi ilə "Qalatasaray"a təklif olunub. Komandanın rəhbərliyi və baş məşqçi Fatih Terim də müdafiəçinin transferinə razılıq verib.
64 yaşlı mütəxəssis Türkiyə mətbuatına Evranın transferi haqda da danışıb:
"Gənc və istedadlı sol cinah müdafiəçisi tapmasaq, may ayına kimi Patris Evra ilə müqavilə imzalayacağıq. O komandaya xeyir verəcək və həmin mövqedəki problemləri aradan qaldıracaq".











































































