1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamerunlu və serbiyalı futbolçu "Keşlə"də
"Keşlə” klubu Kamerun millisinin sabiq futbolçusunu baxışa çağırıb.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, bu, Herve Tçamidir. Almaniyanın "Herta” klubunun yetirməsi olan 30 yaşlı son cinah yarımmüdafiəçisinin son iş yeri Səudiyyə Ərəbistanın "Hacer” komandası olub.
Kamerun yığmasında 1 oyun keçirən Tçami karyerası ərzində Polşanın "Zaqlembe", "Poqon", Macarıstanın "Solynok", "Honved", İsveçin "Varnamo", Əlcəzairin "Bel-Abbes", Omanın "Əl-Orouba", Portuqaliyanın "Feirense" və Türkiyənin "Giresunspor" klublarında çıxış edib.
Qeyd edək ki, "Keşlə”nin baxışa çaxırdığı daha bir futbolçu Serbiyadandır. Lakin onun kimliyini dəqiqləşməyib.