1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Neftçi" üçün çətin anlar oldu"
"Maraqlı oyun alındı. Bircə qol çatışmadı. Ancaq çempionatın ən sürətli oyunu oldu. Həm toplu, həm də topsuz hər iki komanda çox aktiv oyun sərgilədi. "Neftçi” yaxşı forma yığıb. Bu komandaya uğurlar arzulayıram. Azarkeşlər də sona kimi komandalarını dəstəklədilər. Komandamın oyunundan razı qaldım".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Sanki İbrahim Şehiç rəqibi öz üzərinə çəkməyə çalışırdı...
- Bizim bütün oyunlarda belə olur. Ola bilsin, bəzi ötürmələr alınmadı. Biz həmişə çalışırıq ki, Şehiç rəqib hücumçuları öz üzərinə çəksin.
- İkinci hissədə "Qarabağ”ın verilməyən penaltisi var idi. Bu barədə Ramil Şeydayevlə danışdınız?
- Belə hallar olur. Bu barədə əlavə danışmağa ehtiyac yoxdur.
- Komandanız sanki ikinci hissədə geriyə oturdu...
- "Neftçi”nin oyununu qeyd etməliyik. Sona kimi tempi aşağı salmadılar. Qalib gəlmək istəyirdilər. Rəqib bizə imkan verdiyi qədər oynadıq. Rəqib çox istəkli idi. "Neftçi” üçün də çətin anlar oldu.
- Çempionatın səviyyəsi barədə fikirlərinizi bildirərdiniz...
- Yaxşıdı. Qış fasiləsindən sonra komandalar yaxşı təsir bağışlayır. Çempionatın ikinci yarısı daha fərqlidir.
- "Trabzonspor”un Ramil Şeydayevi geri qaytarmaq planı olduğu deyilir...
- Bu məsələyə mövsümün sonunda baxacağıq. Hələ ki, bu barədə düşünmürük. Buna vaxtımız olacaq. Məncə, həm biz, həm də Ramil bu barədə düşünüb, doğru qərar verməlidir.