"Renat yaşına görə çox yüksək keyfiyyətlərə malik futbolçudur”.
Sportnet.az xəbər verir ki, bunu berliner-kurier.de saytına açıqlamasında Almaniyanın "Dinamo” (Berlin) klubunun baş məşqçisi Rene Ridleviç Azərbaycan millisinin futbolçusu Renat Dadaşov barədə danışarkən deyib.
45 yaşlı mütəxəssis bildirib ki, 18 yaşlı hücumçu onda yaxşı təəssürat oyadıb: "O, sadə, vicdanlı və xeyirxah insan təsiri bağışlayır”.
Qeyd edək ki, Bundesliqa təmsilçisi "Ayntraxt”ın heyətindən kənarlaşdırdığı Renat hazırda qardaşı Rüfət Dadaşovun formasını geyindiyi Almaniyanın Regional Liqasının Şimal-Şərq zonasında (IV divizion) mübarizə aparan paytaxt klubunun düşərgəsində yer alıb. O, fiziki formasının qorumaq üçün "Dinamo”nun məşqlərinə qatılır.
U-19 komandasının heyətində komanda yoldaşını vurduğu üçün transferə çıxarılan 18 yaşlı hücumçunun meneceri Kostas Spanudakis bildirib ki, yığma üzvünə Almaniya və xaricdən bir neçə təklif gəlib.