"FIFA-nın tətbiq etdiyi videotəkrar sistemi (VAR) Azərbaycan və Makedoniya komandaları arasında baş tutan görüşün nəticəsinə təsir etdi”.
Sportnet.az "Doğan” Xəbər Agnetliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin rəhbəri Yusuf Namoğlu deyib. O, bildirib ki, qarşılaşmada təyin olunan hər iki penalti epizodunda VAR sistemi öz tövhəsini verib: "Azərbaycanın lehinə bir penalti verildi. Penaltiyə futbolçunun rəqibini itələməsindən dolayı olduğu referiyə bildirildi. İkinci bir epizodda isə Halis qayda pozuntusu qərarı vermişdi. İçəridə, yoxsa kənarda – tərəddüdü olduğu bir vaxtda VAR müdaxilə etdi. Çüneyt təxminən 10 saniyə içində vəziyyəti soruşdu. Halis ayaqla təmasın olduğunu dedi. Cüneyt isə bunun cərimə meydançasının daxilində olduğu və penalti təyin etməyin gərəkliyini söylədi. Bu penalti olmasaydı, Azərbaycan 1:0 hesabı ilə qalib gələcəkdi. Amma 1:1 bitdi. Yəni, VAR sistemin sayəsində hər kəsin doğru saydığı bir qərar ortaya çıxdı”.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçın 6-cı dəqiqəsində hesabı Azərbaycan millisi açıb. Riçard Almeyda penaltidən fərqlənib. Makedoniya yığmasının qoluna isə 20-ci dəqiqədə Aleksandr Traykovski imza atıb.