19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının elit-raund mərhələsində son oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Vüqar Əsgərlinin baş məşqçi olduğu komanda Finlandiya yığması ilə üz-üzə gəlib. İlk yarı qolsuz başa çatsa da, fasilədən sonra skandinaviyalılar 3 qol vuraraq, böyük hesablı qələbə qazanıblar.
Azərbaycan millisi isə üçüncü oyununda da darmadağın olub. Daha əvvəl bu komanda Fransaya 0:6, Belçikaya isə 1:5 hesabı ilə məğlub olub.
Avropa çempionatı, elit-raund
19:30 Azərbaycan - Finlandiya - 0:3
Qollar: Nea Nirhinen, 45. Yutta Rantala, 61; 90
Baş hakim: Rebekka Uelç (İngiltərə)
Baş hakimin köməkçiləri: Elen Birn (İngiltərə), Josefin Aronsson (İsveç)
Dördüncü hakim: Tess Olofsson (İsveç).