1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Roma" yenə səfərdə darmadağın oldu - YENİLƏNDİ
Futbol üzrə Çempionlar Liqasında ilk yarımfinal görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, İngiltərə "Liverpul"u İtaliyanın "Roma" komandasını qəbul edib. "Enfild" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Liverpul" ilk 4 qolunu Məhəmməd Salahın birbaşa iştirakı ilə vurub. Misirli hücumçu fasiləyədək 2 dəfə fərqlənərək, keçmiş komandasını məyus edib. İkinci hissədə isə o, Sadio Mane və Roberto Firminoya məhsuldar ötürmə verib. Daha sonra Firmino da "dubl" müəllifi olub.
Lakin Salahın 75-ci dəqiqədə əvəzlənməsindən sonra "Roma" fəallaşıb. Bunun nəticəsində italiyalılar 2 qol vuraraq, fərqi azaldıblar. Əvvəlcə Edin Ceko, daha sonra penaltidən Dieqo Perotti fərqlənib.
Mayın 2-də keçiriləcək cavab görüşündə "Roma" finala adlamaq üçün, əvvəlki mərhələdəki kimi, ən azı 3 cavabsız qolla qalib gəlməlidir. Bunadək "sarı-qırmızılar" İspaniya "Barselona"sına da səfərdə 1:4 hesabı ilə uduzduqları halda, evdə böyükhesablı qələbəyə nail olmuşdular.
Qeyd edək ki, digər yarımfinal görüşü bu gün Almaniyada "Bavariya" ilə İspaniya "Real Madrid"i arasında keçiriləcək.
Çempionlar Liqası
1/2 final, ilk oyun
24 aprel
22:45. "Liverpul” (İngiltərə) – "Roma” (İtaliya) - 5:2
Qollar: Mohamed Salah, 36; 45+1. Sadio Mane, 56. Roberto Firmino, 61; 69 - Edin Ceko, 81. Dieqo Perotti, 85-penalti ilə
Baş hakim: Feliks Brıx (Almaniya)
Liverpul, "Enfild" stadionu