"Oyun göz önündə idi. Rəqib bizdən üstün idi. Bu da özünü göstərdi. Rəqib layiqli qələbə qazandı".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın VIII turunda "Zirə"yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, bu hesab onun işinə təsir göstərməyəcək: "Əlimi aşağı salmayacağam. Daha da artıq işləyəcəyik. Dayanmaq olmaz, davam etmək lazımdır".