"Eyni komanda ilə tez-tez oynamaq adi hal deyil. Matçlarda üç fərqli nəticələr əldə etdik. Çətin bir qarşılaşma olacağını bilirik".
Sportnet.az "Sigmalive" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Kiprin APOEL klubunun futbolçusu Linus Hallenius "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından öncə mətbuat konfransında deyib.
30 yaşlı hücumçu bildirib ki, onlar üçün 3 xal lazımdır: "Qarabağ"ın necə oynadığını və necə oynamaq istədiyini bilirik".
İsveçli oyunçu qrup mərhələsinin III turunda Bakıda vurduğu qol barədə də danışıb: "Meydanda olduğum zaman qol vurmaq istəyirəm. Bu, hər bir hücumçunun işidir. Kimin nə qədər qol vurmasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik".