Almaniya II Bundesliqasında çıxış edən” “Sankt-Pauli” klubu “Barış pınarı” hərəkatına dəstək verən türkiyəli futbolçu Enver Cenk Şahinlə müqaviləyə qarışılıq razılaşma əsasında xitam verib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin müddəti 30 iyun 2021-ci ildə başa çatmalı olan sözləşməsi ləğv edilib.
Qeyd edək ki, “Sankt-Pauli” ötən “İnstagram” səhifəsində Türkiyənin Suriyada anti-terror hərəkatına dəstək verən Cek Şahini heyətdən kənarlaşdırmışdı. Almaniya təmsilçisi paylaşımın klubun dəyərlərinə uyğun olmadığı açıqlamışdı. Yarımmüdafiəçi həmin vaxtdan bəri Türkiyənin “Başakşehir” klubunun düşərgəsində məşq edirdi.