
UEFA Avropa Liqasında V tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, son 10 qarşılaşmanın yekununda daha 5 komanda adını 1/16 finala yazdırıb. Bunlar Kipr APOEL-i, Portuqaliya "Sportinq"i və Avstriya LASK-ıdır.
Turun əvvəlki qarşılaşmalarından sonra Almaniyanın "Volfsburq", Belçikanın "Gent", Portuqaliyanın "Braqa", İngiltərənin "Vulverhempton" və Hollandiyanın AZ klubları da mərhələ adlayıb.
Ötən tur isə bu hüquqa İspaniya "Sevilya"sı və "Espanyol"u, İsveçrə "Bazel"i, Şotlandiya "Seltik"i və İngiltərə "Mançester Yunayted"i yiyələnmişdi.
Beləliklə, 1/16 finala yüksələnlərin sayı 13-ə çatıb. Son turda Avropa Liqasından qalan 11 vəsiqənin taleyinə aydınlıq gələcək.
---------------------------
UEFA Avropa Liqasında V turun daha 11 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçilərindən "Trabzonspor"un ardından "Başakşehir" də öz meydanında uduzub - 0:3. İstanbul komandası İtaliya "Roma"sı ilə matçda yenilərək, J qrupunda liderliyini əldən verib. Qarşılaşmanın ikinci hissəsində tribunadan meydana kənar əşyaların atılması nəticəsində qonaqlardan Manuel Pelleqrinin başı yarılıb. Nəticədə meydanda bir neçə dəqiqəlik fasilə yaranıb. Baş hakim UEFA nümayəndəsi ilə məsləhətləşdikdən sonra görüşü davam etdirib. Qarşılaşmanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da izləyib.
Qrupun digər matçında Almaniyanın "Borussiya" (Monhenqladbax) komandası Avstriyada "Volfsberq"ə qalib gələrək, 8 xalla liderliyə yüksəlib. Eyni xala malik "Roma" 2-cidir. "Başakşehir" 7 xalla 3-cü, qrupda qalan "Volfsberq" isə 4 xalla sonuncudur.
"Beşiktaş" isə evdə Slovakiya "Slovan"ı üzərində əzmkar qələbə qazanıb. Bununla da "qartallar" ilk dəfə meydanı məğlubiyyətsiz tərk etməyi bacarıblar. Lakin bu nəticə Türkiyə təmsilçisinin mərhələ adlamasına yardımçı olmayıb.
Əvəzində növbəti mərhələyə daha 5 komanda yüksəlib. Bunlar I qrupundan Almaniyanın "Volfsburq" və Belçikanın "Gent", K qrupundan Portuqaliyanın "Braqa" və İngiltərənin "Vulverhempton", L qrupundan isə Hollandiyanın AZ klublarıdır.
-------------------
UEFA Avropa Liqasında V turun ilk 3 matçı keçirilib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalardan 2-si C qrupunda oynanılıb. "Krasnodar" Rusiyada "Bazel"ə, İspaniya "Xetafe"si ilə Türkiyədə "Trabzonspor"a eyni hesabla qalib gəlib - 1:0. L qrupunda isə "Astana" Qazaxıstanda İngiltərə "Mançester Yunayted"i üzərində əzmkar qələbə qazanıb - 2:1.
Lakin bu nəticələrin heç biri komandaların öz qruplarındakı mövqelərinə təsir etməyib. "Bazel" 10 xalla 1-ci pillədə qalıb. "Krasnodar" və "Xetafe" hərəyə 9 xalla 2-3-cü yerləri bölüşür. 1 xala malik "Trabzonspor" isə qrupda qalıb.
"Mançester Yunayted" isə 10 xalla qrup lideridir və 1/16 finala vəsiqəni hələ ötən tur təmin edib. "Astana" isə ilk qələbə sayəsində 3 xal əldə etsə də, yenə qrup sonuncusudur və mərhələ şansını ötən tur itirib.
-------------------------
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" İspaniyada "Sevilya"nın qonağı olacaq.
A qrupunun digər matçında isə Lüksemburq "Düdelanj"ı evdə Kipr APOEL-i ilə üz-üzə gələcək. Bu qrupda yalnız Andalusiya təmsilçisi 1/16 final mərhələsinə vəsiqəni təmin edib. Növbəti vəsiqənin sahibi isə bu görüşlərdən sonra bəlli ola bilər.
4 turdan sonra "Sevilya"dan başqa “Espanyol” (İspaniya) “Bazel” (İsveçrə), “Seltik” (Şotlandiya) və “Mançester Yunayted” (İngiltərə) də növbəti mərhələyə yüksəlib.
Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukrayna "Aleksandriya"sı Almaniyanın Volfsburq" klubunu qəbul edəcək. Üç xala malik olan komanda hələ ki, növbəti mərhələ şanslarını qoruyur. I qrupunun digər görüşündə "Sent-Etyen" Fransada Belçika "Gent" ilə qarşılaşacaq.
Türkiyə klublarından isə yalnız "Başakşehir"in növbəti mərhələyə yüksəlmək şansı qalıb. "Trabzonspor" və "Beşiktaş"ın isə qruplarında 3 və ya 4-cü yeri tutacağı dəqiqləşib.
"Başakşehir" bu tur İstanbulda "Roma"nı qəbul edəcək. J qrupunun digər oyununda Avstriya "Volfsberq"i Almaniyanın "Borussiya" (Mönxenqladbax) komandası ilə üz-üzə gələcək. "Başakşehir şansının öz əlində olması üçün səfərdə ən azı heç-heçəyə nail olmağa çalışacaq.
Avropa Liqası
Qrup mərhələsi, IV tur
28 noyabr
A qrupu
24:00. "Sevilya" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 2:0
Qollar: Brayan Xil, 61. Munas Dabbur, 90+2
24:00. "Düdelanj" (Lüksemburq) - APOEL (Kipr) - 0:2
Qollar: Uroş Matiç, 12 (pen.). Giorqos Merkis, 43
Xal durumu: "Sevilya" - 15, APOEL - 7, "Qarabağ" - 4, "Düdelanj" - 3.
B qrupu
24:00. "Luqano" (İsveçrə) - "Kopenhagen" (Danimarka) - 0:1
Qol: Nikolay Tomsen, 27
24:00. "Malmö" (İsveç) - "Dinamo" (Kiyev, Ukrayna) - 4:3
Qollar: Rasmus Benqtsson, 2. Markus Rosenberq, 48; 90+6. Erdal Rakip, 57 - Vitali Nikolenko, 18. Viktor Tsıqankov, 39. Benjamin Verbiç, 77
Qırmızı vərəqə: Sergey Sidorçuk, 65 ("Dinamo")
Xal durumu: "Kopenhagen" - 9, "Malmö" - 8, "Dinamo" - 6, "Luqano" - 2
C qrupu
19:50. "Trabzonspor" (Türkiyə) - "Xetafe" (İspaniya) - 0:1
Qol: Xayme Mata, 50
19:50. "Krasnodar" (Rusiya) - "Bazel" (İsveçrə) - 1:0
Qol: Ari, 72 (pen.)
Xal durumu: "Bazel" - 10, "Krasnodar" - 9, "Xetafe" - 9, "Trabzonspor" - 1.
D qrupu
24:00. "Rusenborq" (Norveç) - LASK (Avstriya) - 1:2
Qollar: Byorn Yonsen, 45 - Tomas Qoyginger, 20. Dominik Frezer, 54
24:00. "Sportinq" (Portuqaliya) - PSV (Hollandiya) - 4:0
Qollar: Luis Felipe, 9. Brunu Fernandeş, 16; 64 (pen.). Jeremi Matyö, 43
Xal durumu: "Sportinq" - 12, LASK - 10, PSV - 7, "Rusenborq" - 0
E qrupu
24:00. "Latsio" (İtaliya) - ÇFR (Rumıniya) - 1:0
Qol: Xoakin Korrea, 25
24:00. "Seltik" (Şotlandiya) - "Renn" (Fransa) - 3:1
Qollar: Lüis Morqan, 22. Rayan Kristi, 45+1. Miki Conston, 74 - Adrian Hunu, 89
Xal durumu: "Seltik" - 13, ÇFR - 9, "Latsio" - 6, "Renn" - 1.
F qrupu
24:00. "Gimaraynş" (Portuqaliya) - "Standard" (Belçika) - 1:1
Qollar: Andre Pereyra, 45+2 - Maksim Lestyen, 40 (pen.)
24:00. "Arsenal" (İngiltərə) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 1:2
Qollar: Pyer-Emerik Obameyanq, 45+1 - Dayşi Kamada, 55; 64
Xal durumu: "Arsenal" - 10, "Ayntraxt" - 9, "Standard" - 7, "Gimaraynş" - 2.
G qrupu
21:55. "Feyenoord" (Hollandiya) - "Reyncers" (Şotlandiya) - 2:2
Qollar: Yens Toornstra, 33. Luis Sinisterra, 68 - Alfredo Morelos, 53; 65
21:55. "Yanq Boyz" (İsveçrə) - "Portu" (Portuqaliya) - 1:2
Qollar: Kristian Fassnaxt, 6 - Vensan Abubakar, 76; 79
Xal durumu: "Reyncers" - 8, "Portu" - 7, "Yanq Boyz" - 7, "Feyenoord" - 5.
H qrupu
21:55. "Ferentsvaroş" (Macarıstan) - "Espanyol" (İspaniya) - 2:2
Qollar: David Siger, 23. Mixal Şkvarka, 90+1 - Oskar Melendo, 31. Serji Darder, 90+6
Qırmızı vərəqə: Eldar Çiviç, 90+4
İstifadə olunmamış penalti: İsael, 77 ("Ferentsvaroş")
21:55. MOİK (Moskva, Rusiya) - Lüdoqorets" (Bolqarıstan) - 1:1
Qollar: Fyodor Çalov, 76 - Klaudiu Keşerü, 66
Xal durumu: "Espanyol" - 11, "Lüdoqorets" - 7, "Ferentsvaroş" - 6, MOİK - 2
I qrupu
21:55. "Aleksandriya" (Ukrayna) - "Volfsburq" (Almaniya) - 0:1
Qollar: Vaut Veqhorts, 45+1 (pen.)
21:55. "Sent-Etyen" (Fransa) - "Gent" (Belçika) - 0:0
Xal durumu: "Gent" - 9, "Volfsburq" - 8. "Sent-Etyen" - 4, "Aleksandriya" - 3.
J qrupu
21:55. "Volfsberq" (Avstriya) - "Borussiya" (Mönxenqladbax, Almaniya) - 0:1
Qol: Lars Ştindl, 60
21:55. "Başakşehir" (Türkiyə) - "Roma" (İtaliya) - 0:3
Qollar: Jordan Veretu, 30 (pen.). Castin Klüvert, 41. Edin Ceko, 45+1
Xal durumu: "Borussiya" - 8, "Roma" - 8, "Başakşehir" - 7, "Volfsberq" - 4.
K qrupu
21:55. "Braqa" (Portuqaliya) - "Vulverhempton" (İngiltərə) - 3:3
Qollar: Andre Horta, 6. Paulinyu, 65. Franserjio, 79 - Raul Ximenes, 14. Mett Doherti, 34. Adama Traore, 35
21:55. "Beşiktaş" (Türkiyə) - "Slovan" (Bratislava, Slovakiya) - 2:1
Qollar: Entso Roko, 75. Adem Lyayiç, 90+2 (pen.) - Erik Daniel, 35
Xal durumu: "Braqa" - 11, "Vulverhempton" - 10, "Slovan" - 4, "Beşiktaş" - 3.
L qrupu
19:50. "Astana" (Qazaxıstan) - "Mançester Yunayted" (İngiltərə) - 2:1
Qollar: Dmitri Şomko, 55. Di Şon Bernar, 62 (öz qap.) - Cesse Linqaard, 10
21:55. AZ (Hollandiya) - "Partizan" (Serbiya) - 2:2
Qollar: Ferdi Droyf, 88; 90+2 - Takuma Asano, 16. Seyduba Suma, 27
Qırmızı vərəqə: Miron Boadu, 83 (AZ)
Xal durumu: "Mançester Yunayted" - 10, AZ - 9, "Partizan" - 5, "Astana" - 3.