“Alaxuelense” ilə bağlı yaxşı xatirələrim var. Azarkeşlər gördüyüm işdən məmnun idilər, həmişə onlardan yaxşı mesajlar alırdıq”.
Sportnet.az-ın məlumatına görə, hazırda Kolumbiya klubu "Deportes Tolima"da çıxış edən "Sabah"ın sabiq futbolçusu Rocer Roxas “Diario Diez” nəşrinə açıqlamasında deyib. 30 yaşlı honduraslı hücumçu yenidən Kosta-Rika təmsilçisində çıxışının mümkünlüyünü dilə gətirib: “Ötən yay Azərbaycana gedəndə qapıları açıq buraxdıq. Menecerlərlə yaxşı münasibətim var, getdiyim yerdə yaxşı təəssürat yaratmağa çalışan insanam. “Alaxuelense”nin mənə ehtiyacı olarsa, qayıda billərəm”.
Qeyd edək ki, Rocer Roxas "Sabah"dan "Deportes Tolima"ya qış fasiləsində keçib.