
İsveçdə futbol yarışlarının başlayacağı vaxt açıqlanıb.
Sportnet.az İsveç Futbol Federasiyasının (SVFF) rəsmi saytına istinadən xəbər verir ki, yarışlar ilk olaraq ölkə kuboku ilə bərpa olunacaq.
Yarımçıq dayandırılan 1/4 final qarşılaşmalarının iyunun 1-də başlaması nəzərdə tutulur. Yarımfinallar və final 5 - 9 iyunda olacaq.
İsveç çempionatının (Allsvenskan) ve ikinci liqanın (Superettan) startı iyunun 14-də planlaşdırılır.