Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyo "Flamenqo" ilə müqaviləsinə həftədə iki dəfə gecə klublarına baş çəkə bilməsinə dair bəndin saldırmaqda israrlı olub.
Sportnet.az-ın "beIN Sport"a istinadən verdiyi məlumata görə, keçmiş hücumçu şərtləri qəbul olunmayanadək müqavilə bağlamaqdan imtina edib. O, "Flamenqo"ya 2011-ci ildə keçib və bir mövsüm sonra "Atletiko" (Mineyro) komandasına yollanıb.
Hazırda Ronaldinyo Paraqvayda ev dustaqlığındadır. O və qardaşı Roberto de Assis Moreyra Asunsyon aeroportunda saxta pasport təqdim etdikləri üçün həbs olunublar. Aprelin 7-də Ronaldinyo girov qarşılığında həbsxanadan çıxıb. Beləliklə, eks-futbolçu "içəri"də bir ay keçirib.