
Koronavirus pandemiyasına görə qeyri-müddətək təxirə salınmış Almaniya Bundesliqasının bərpa vaxtı müəyyənləşib.
Sportnet.az "Reuters"ə istinadən xəbər verir ki, çempionat mayın 15-də qaldığı yerdən davam etdiriləcək. Rəsmi qərarı sabah Almaniyanın baş naziri Angela Merkel açıqlayacaq.
Qeyd edək ki, Almaniya Bundesliqasının oyunları martın 13-də dayandırılıb.