Türkiyənin III Liqasında çıxış edən "Karşıyaka" klubu maliyyə problemləri ilə üzləşib.
Sportnet.az DHA-ya istinadən xəbər verir ki, İzmir təmsilçisinin bəzi oyunçuları artıq 5 aydır maaş ala bilmirlər. Onlar klubun prezidenti Turgay Büyükkarcıya müraciət ünvanlayıblar.
Oyunçular maddi baxımdan çətin durumda olduqlarını bildirərək, maaşlarının ödənilməsini tələb ediblər. Büyükkarcı isə onların cəmi bir ayının məvaciblərini ödəyib.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq futbolçuları Mahir Şükürov 2014/2015 mövsümündə, Kamran Ağayev isə 2015/2016 mövsümünün ilk yarısında "Karşıyaka"nın formasını geyinib.