
FIFA matçlarda əvəzetmələrin sayının müvəqqəti artırılmasına razı olub.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, müvafiq sənəd artıq hazırlanıb və gələn həftə ictimaiyyətə açıqlanacaq. Təklifin məsləhət xarakteri daşıyacağı bildirilir. FIFA-dan sonra bu qayda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, FIFA aprelin sonunda oyunçuları zədələrdən qorumaq üçün qarşılaşmalardakı əvəzetmə sayının üçdən beşə artırılmasını təklif edib.
Daha öncə AFFA Azərbaycan Premyer Liqasının oyunlarında 4-cü əvəzetmənin aparılmasına razılıq almaq üçün FIFA-ya müraciət edib. Dünyanın əksər ölkələrindəki çempionatlar koronavirus pandemiyasına görə dayandırılıb.(Report)