
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Serbiya çempionatının bərpa vaxtı açıqlanıb.
Sportnet.az Serbiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, liqa mayın 30-da yenidən başlayacaq.
Qurum bu mövsümlük "play-off" və "play-out" matçlarının ləğv olunması ilə bağlı qərar çıxarıb. Çempionatda 4 tur oynanılacaq.
Bu isə o deməkdir ki, növbəti mövsüm Serbiya çempionatı iki dövrədən ibarət olacaq və komanda sayı 18-ə yüksələcək.
Qeyd edək ki, hazırda Serbiya liqasında 16 komanda mübarizə aparır və çempionatda 26 tur oynanılıb.