Braziliyanın "Flamenqo" klubunun 38 üzvü koronavirusa yoluxub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, texniki heyət, futbolçular və komanda işçiləri ilə birlikdə 293 nəfər testdən keçib və onların 38-nin nəticəsi müsbət olub.
Testlər 30 aprel - 3 may tarixlərində aparılıb. Onların bəzilərində xəstəliyin simptomlarının aşkarlanmadığı bəlli olub. 38 nəfərdən 3-nün futbolçu olduğu üzə çıxıb.
Testləri müsbət nəticələnənlər dərhal karantinə alınıblar.