İspaniyanın "Real Sosyedad" klubunun futbolçusu Aleks Remiro komandası ilə birlikdə məşqlərə başlaya bilməyib.
Sportnet.az-ın AS nəşrinə istinadən məlumatına görə, buna ispaniyalı qapıçının koronavirusa yoluxması səbəb olub.
25 yaşlı qolkiperdən virusla bağlı götürülən test müsbət nəticə verib.
Qeyd edək ki, artıq İspaniya klubları pandemiya dövründə məşqlərini bərpa ediblər.