İtaliya "Atalanta"sının futbolçusu Andrea Rinaldi xəstəxanaya yerləşdirilib.
Sportnet.az-ın "Football Italia"ya istinadən məlumatına görə, 19 yaşlı yarımmüdafiəçiyə kəllə beyin damarlarında anevrizma (genişlənmə) diaqnozu qoyulub. O, intensiv terapiya palatasındadır və durumu çox ciddi qiymətləndirilir. Oyunçunun ölümü barədə xəbərlər həqiqətə uyğun deyil.
Qeyd edək ki, Andrea Rinaldi bu mövsüm D Seriyası klubu "Lenyano"da icarə əsasında forma geyinib. Müqavilə müddəti iyunun 30-dəkdir.