Nikaraqua klausurasına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, çempion adını "Real Esteli" qazanıb. Bu komanda finalda "Manaqua"nı iki oyunun yekununda üstələyib - 1:1, 3:1.
Beləliklə, "Real Esteli" koronavirus pandemiyası dövründə idman prinsipləri əsasında müəyyənləşən ilk çempion olub. Bu, klub tarixində 15-ci çempionluqdur.
Qeyd edək ki, koronavirus pandemiyası üzündən əksər ölkələrin çempionatları dayandırılıb.