Belarusun "Minsk" klubunun futbolçularından birində koronavirusa yoluxma şübhəsi yaranıb.
Sportnet.az-ın "NEXTA Live" teleqram kanalına istinadən məlumatına görə, həmin oyunçu hazırda COVID-19 testinin nəticəsini gözləyir. O, komandasının "Qorodeya" ilə çempionat matçı üçün iştirak ərizəsinə salınmayıb. Komandanın sabahkı məşqi ləğv olunub.
Daha əvvəl yerli federasiya I Liqada IV turun "Qomel" - "Arsenal" oyununu qonaq komanda futbolçularından birinin virusa yoluxma şübhəsi ilə əlaqədar təxirə salıb.