Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubunun oyunçularından koronavirusla bağlı yenidən analiz götürülüb.
Sportnet.az Aue təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bütün testlərin nəticələri mənfi olub.
"Ertsgebirge" mayın 16-da doğma meydanda "Zandhauzen"i qəbul edəcək. Oyun azarkeşsiz keçiriləcək.
Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir. "Ertsgebirge"nin oyunçuları mayın əvvəlində də testdən keçib.