
"Qarabağ" klubu Türkiyənin "Menemenspor" komandasının futbolçusu Gentian Selmaniyə təklif göndərmələri ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sportnet.az-a açıqlamasında məlumatı təkzib edib.
O, albaniyalı qapıçının klubun gündəmində olmadığını söyləyib: "Ola bilsin, bu, agentlər arasında spekulativ hərəkətdir. "Qarabağ" adıçəkilən qolkiperlə maraqlanmayıb".
Qeyd edək ki, dünən I liqada mübarizə aparan "Menemenspor"un baş məşqçisi Cenk Laleci "Qarabağ"ın 21 yaşlı qapıçıya təklif göndərdiyini açıqlayıb.