Rusiyanın "Lokomotiv" (Moskva) klubunun futbolçusu Aleksey Mirançuk qarşıdakı transfer pəncərəsində "Barselona"ya keçəcək.
Sportnet.az-ın "Don Balon" nəşrinə istinadən məlumatına görə, Kataloniya təmsilçisinin prezidenti Xosep Mariya Bartomeu 25 yaşlı yarımmüdafiəçinin keçidinə razılıq verib.
Rusiya millisinin üzvü İspaniya nəhənginin yay dövründə heyətinə qatacağı ilk oyunçu olacaq.
"Barselona" koronavirus pandemiyasının səbəb olduğu böhrana görə bahalı transferlər etməyəcək. Mirançukun keçidi kataloniyalılara 20 milyon avrodan az məbləğə başa gələcək.
Qeyd edək ki, İtaliya "Yuventus"unun da maraq dairəsində olan Mirançuk bu mövsüm Rusiya Premyer Liqasında meydana çıxdığı 24 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.