UEFA prezidenti Aleksander Çeferin Fransada mövsümün erkən dayandırılmasına münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, sloveniyalı funksioner "beIN Sports"a açıqlamasında Liqa 1-in tez dayandırılmasının vaxtından əvvəl verilmiş qərar olduğunu bildirib.
Çeferin çempionat rəhbərliyinin payıza qədər ölkədə hər hansı idman tədbirinə qadağa qoyulması səbəbindən bu seçimi qəbul etdiyini xatırladıb. O, Liqa 1-in UEFA ilə məsləhətləşdiyini deyib: "Bunun UEFA-ya təsiri yoxdur, qərara hörmətlə yanaşıram. Çünki qərar Fransadakı müxtəlif qurumların əməkdaşlığı ilə qəbul edilib".
Qeyd edək ki, Fransada cari mövsüm koronavirus pandemiyası üzündən apreldə vaxtından əvvəl yekunlaşdırılıb. Ən yaxın izləyicisi "Lion"u 12 xal geridə qoyan lider PSJ çempion elan olunub.