"Qəbələ" klubunun sabiq futbolçusu Aleksey Antonov məşqçiliyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı ukraynalı keçmiş hücumçu ölkəsinin "Çernomorets" klubu ilə anlaşıb. O, baş məşqçi Sergey Kovaletsin köməkçisi olacaq.
Qeyd edək ki, Aleksey Antonov 2015/2016 mövsümündə "Qəbələ"nin formasını geyinib. O, əyalət təmsilçisində 49 oyun keçirib və 8 qol vurub.