
Bosniya və Herseqovina millisinin və "Sarayevo" klubunun futbolçusu Amar Rahmanoviç yay transfer dönəmində "Qarabağ"a keçəcək.
Sportnet.az-ın "Sportske"yə istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisi 26 yaşlı yarımmüdafiəçiyə ispaniyalı agentlər vasitəsilə təklif göndərib.
Rahmanoviç son illər "Sarayevo"nun aparıcı oyunçularından olub. O, ölkəsinin aşağı yaş qrupları üzrə komandalarında çıxış etsə də, əsas milliyə bu il çağırılıb. Lakin pandemiya səbəbindən UEFA Millətlər Liqası oktyabra təxirə salınıb.
Qeyd edək ki, Amir Rahmanoviç cari mövsümdə 12 matçda 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub.