İtaliya A Seriyasının XXIX tur matçında “Cenoa” “Yuventus”u qəbul edib.
Sportnet.az-ın məlumatına görə, Genuyanın “Luici Ferraris” stadionunda keçirilmiş qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qolların hamısı fasilədən sonra vurulub. Hesabı 50-ci dəqiqədə "Yuventus"un hücumçusu Paulo Dibala açıb. Bundan 6 dəqiqə sonra komandanın digər forvardı Kriştianu Ronaldu hesabdakı üstünlüyü artırıb.
73-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Duqlas Kosta üçüncü qolu vurub. Bundan 3 dəqiqə sonra meydan sahiblərinin hücumçusu Andrea Pinamonti hesabdakı fərqi azaldıb. Lakin bu, ancaq təsəlli qolu olub.
"Yuventus" 72 xal toplayaraq İtaliya çempionatının yarış cədvəlində 1-ci yer tutur. "Cenoa" 26 xalla 17-ci yerdə qərarlaşıb.