
İtaliyanın "Napoli" klubunun qapıçısı David Ospina ciddi zədədən qurtulub.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, A Seriyasında XXIX turun "Atalanta" ilə görüşündə başından xəsarət alan 32 yaşlı qolkiperin durumu yaxşıdır.
Ospina komanda yoldaşı Mariu Ruy və "Atalanta"nın oyunçusu Mattia Kaldara ilə sərt toqquşmadan sonra 30-cu dəqiqədə əvəzlənib. Başından qan açılan qapıçının tezliklə yaşıl meydanlara qayıdacağı gözlənilir.
Qeyd edək ki, matç "Atalanta"nın 2:0 hesablı qələbəsi ilə bitib.