İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon A Seriyasında 648-ci oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, bu, "Torino" ilə XXX tur matçında təsadüf edib. Start heyətində meydana çıxan Buffon "Milan"ın keçmiş kapitanı Paolo Maldiniyə məxsus rekordu təkrarlayıb. O, daha bir oyunda iştirak etsə, A Seriyasında oyun sayında liderə çevriləcək.
Qeyd edək ki, Canluici Buffon İtaliyada "Yuventus"dan başqa "Parma"nın da formasını geyinib.