Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti matçını keçirib.
Sportnet.az-ın məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv A qrupunda Niderlandla üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 19:13.
Qeyd edək ki, yığma qrup mərhələsindəki ilk matçında Madaqaskarı 21:13 hesabı ilə məğlub edib.






































































