
Azərbaycan milli komandasının və "Keşlə" klubunun sabiq futbolçusu Əfran İsmayılov karyerasını Gürcüstanda davam etdirə bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə 32 yaşlı yarımmüdafiəçinin özü "Milli Dəstə"nin "Facebook" səhifəsinə müsahibəsində açıqlama verib. O, hazırda təklif üzərində düşündüyünü söyləyib. İsmayılov gedəcəyi məkanda ermənilərin də yaşamasının mümkünlüyünə diqqət çəkib. Təcrübəli futbolçu qərar verərkən, bu amili də nəzərə alacağını vurğulayıb.
Qeyd edək ki, Əfran İsmayılovun "Keşlə" ilə başa çatan müqaviləsi uzadılmayıb.