UEFA Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu ada İspaniya "Sevilya"sının yarımmüdafiəçisi Lukas Okambus, Ukrayna "Şaxtyor"unun orta xətt oyunçusu Tayson, İtaliya "İnter"inin yarımmüdafiəçisi Nikolo Barella və Danimarka "Kopenhagen"ninin qapıçısı Karl-Yohan-Yonsson iddialıdır.
Qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Qeyd edək ki, 1/4 final mərhələsində "Sevilya" İngiltərə "Vulverhempton"ı 1:0, "Şaxtyor" isə İsveçrə "Bazel"ini 4:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. "İnter" Almaniya "Bayer"ini üstələyib - 2:1, "Kopenhagen" isə İngiltərənin "Mançester Yunayted" komandasına əlavə vaxtda məyus edib - 0:1.