
Avropa Liqasında "Sumqayıt"ın rəqibi olan "Şkendiya" komandası Şimali Makedoniya çempionatında III turun oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib "Makedoniya Görçe Petrov" klubu olub. Səfər matçı "Şkendiya"nın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 86-cı dəqiqədə penaltidən Besart İbrahimi vurub.
Bu nəticədən sonra xalını 7-yə çatdıran "Şkendiya" "Neftçi"nin rəqibi "Şkupi" ilə birgə şərikli liderliyini davam etdirib.
Qeyd edək ki, "Sumqayıt" - "Şkendiya" matçı avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək.