"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu raundda Norveçin “Mölde” klubu ilə üz-üzə gələcək. Ölkə çempionu matçını evdə keçirəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da gerçəkləşəcək.
Xatırladaq ki, "Qarabağ" ÇL-in I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Sileks"i 4:0, Moldova "Şerif"ini 2:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.
"Molde" evdə Finlandiya “KuPS”unu 5:0, daha sonra Sloveniyada "Tselye"ni 2:1 hesabı ilə üstələyib.
-----------------------------------------------
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
Püşkatma nəticəsində Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. İlk 2 mərhələdə Şimali Makedoniyanın "Sileks" (4:0) və Moldovanın "Şerif" (2:1) klublarını mübarizədən kənarlaşdırmış Ağdam komandası yenə səpələnmişlər səbətində yer alacaq. Bu isə Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin rəqibinin daha aşağı reytinqlilərdən ibarət səpələnməmişlər səbətindən çıxacağı anlamını verir.
Potensial rəqiblər isə Norveçin "Mölde", Danimarkanın "Midtüllann", Macarıstanın "Ferentsvaroş", Kiprin "Omoniya" və Belarusun "Dinamo" (Brest) komandalarıdır. Oyunlar sentyabrın 15-16-da püşk nəticəsində adı birinci göstərilən klubların meydanında olacaq.
31 avqust
Püşkatma mərasimi
Çempionlar Liqası, III təsnifat mərhələsi
Çempionlar Yolu
Səpələnmişlər
“Dinamo” (Xorvatiya)
“Yanq Boyz” (İsveçrə)
“Srvena Zvezda” (Serbiya)
“QARABAĞ” (AZƏRBAYCAN)
“Makkabi” (Təl-Əviv, İsrail)
Səpələnməmişlər
“Mölde” (Norveç)
“Midtüllann” (Danimarka)
“Ferentsvaroş” (Macarıstan)
“Omoniya” (Kipr)
“Dinamo” (Brest, Belarus)
Liqa Yolu
Səpələnmişlər
“Benfika” (Portuqaliya)
“Dinamo” (Kiyev, Ukrayna)
“Gent” (Belçika)
Səpələnməmişlər
“Rapid” (Vyana, Avstriya)
PAOK (Yunanıstan)
AZ (Alkmaar, Niderland)