
Fransanın "Nitsa" futbol klubu və Danimarka yığmasının futbolçusu Dolberq Kasperin “Porsche” markalı avtomobili oğurlanıb və evi soyulub.
Sportnet.az-ın “L'Equipe" nəşrinə istinadən məlumatına görə, oğurluq 22 yaşlı hücumçu milli komandanın düşərgəsində olduğu vaxt baş verib.
Futbolçunun avtomobili Nitsa aeroportuna yerləşdirilib. Oğrular onun evinə maşında qoyub getdiyi cihazın sayəsində girməyi bacarıblar. Cinayətkarlar 2 min avro və bir neçə mobil telefon oğurlayıblar. Faktla bağlı araşdırmalara başlanılıb.