UEFA Avropa Liqasında III təsnifat mərhələsinə sonuncu vəsiqənin sahibi bəlli olub.
Sportnet.az xəbər verir ki, ötən gündən təxirə salınmış Latviyanın "Riqa" və San-Marinonun "Tre Fiori" komandaları arasındakı matçda meydan sahibləri qalib gələrək mərhələ adlayıb. "Riqa"nın yeganə qolunu 57-ci dəqiqədə Pedrinyo vurub.
Qeyd edək ki, “Riqa” - “Tre Fiori” oyunu güclü külək səbəbindən 8-ci dəqiqədə dayandırılıb. İlk olaraq işıqlar sönüb, daha sonra isə projektor qırılıb və onun şüşələri ehtiyat oyunçular skamyasına düşüb.