
"İlk növbədə əsgərlərimizə uğurlar arzu edirəm".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının V turunda səfərdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
55 yaşlı mütəxəssis komandasının əzmkar oyun göstərdiyini bildirib: "Bunun nəticəsində qələbə qazandıq. Gələcək oyunlarda da belə davam edəcəyimizə inanıram. Qarşıda iki həftəlik vaxtımız var, çalışacağıq ondan istifadə edək".
Baş məşqçi əvvəlki oyunla müqayisədə heyətdəki dəyişikliklərin səbəbini açıqlayıb: "Rəhman bu gün yaxşı təsir bağışladı. Qarşıdakı oyunlardan asılı olaraq rəqibə uyğun heyət quracağıq".