Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ-nin.heyətində 100-cü qolunu vurub.
Sportnet.az xəbər verir ki, bu, Liqa1-in XIV turunda "Monpelye" ilə səfər oyununa təsadüf edib. 78-ci dəqiqədə meydana daxil olan 21 yaşlı forvard 90+2-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirib - 3:1.
Qeyd edək ki, Kilian Mbappe PSJ-yə 2017-ci ilin avqustunda "Monako"dan keçib. O, Paris komandasının formasını 137 dəfə geyinib, 100 qoldan əlavə, 58 ötürmə müəllifi olub. PSJ-də Mbappedən çox qolu Edinson Kavani, Zlatan İbrahimoviç (hər ikisi 158) və Pedru Pauleta (109) vurub.