
Braziliyalı futbolçu Halk Çinin "Şanxay Şanqan" klubu ilə yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 34 yaşlı hücumçu instaqram səhifəsində paylaşım edib.
O, bu komandada keçirdiyi 4 mövsümə görə rəhbərliyə, oyunçulara və azarkeşlərə təşəkkürünü bildirib.
Qeyd edək ki, Halk "Şanxay Şanqan" klubuna 2016-cı ildə Rusiya "Zenit"indən keçib. O, Asiya təmsilçisinin heyətində ölkə çempionatının və Superkubokunun qalibi olub.