
AFFA İntizam Komitəsi (İK) "Keşlə" klubunu 160 manat məbləğində cərimələyib.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisinin əvəzedici komandası I Divizionun VIII turunda MOİK-lə oyunda AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişlərini (avtomaşınların parklanması və mühafizəsinin təşkil olunması) yerinə yetirməyib. Kluba bunun üçün 80 manat məbləğində cəza verilib.
Komandanın 4 oyunçusu həmin qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb və klub əlavə 80 manat məbləğində ziyana düşüb.
İK "Kəpəz" klubuna isə 80 manat cəza kəsib. "Qarabağ-2" ilə oyundan əvvəl təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün Gəncə təmsilçisi 40 manat məbləğində cərimələnib.