"Qarabağ", "Neftçi", "Qəbələ" və "Zirə" klubları UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə oyunda irqçiliyə məruz qalmış "Başakşehir" klubunun məşqçisi Pyer Veboya dəstək olub.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi bununla bağlı feysbuk səhifəsində Kevin Medina və Donald Geryenin birgə fotosunu paylaşıb. Fotonun üzərində "Gülüşünüzdən başqa rəng yoxdur" sözləri yazılıb.
Digər 3 klub isə feysbuk hesabından "İrqçiliyə yox" şüarını paylaşıb.
Qeyd edək ki, PSJ - "Başakşehir" oyunu 4-cü hakim Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb. Matçın qaldığı yerdən davam etdiriləcəyi gözlənilir.