Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın "Albasete" klubunda koronavirusa yoluxma aşkarlanıb.
Sportnet.az xəbər verir ki, ukraynalı futbolçu Roman Zozulyanın testi müsbət çıxıb.
31 yaşlı hücumçu dərhal karantinə alınıb. Komandadakı digər oyunçularda və məşqçilər heyətində testin nəticəsi mənfi olub.