Bakının "İnter" klubunun (hazırkı "Keşlə) sabiq baş məşqçisi Valentin Xodukin vəfat edib.
Sportnet.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, 81 yaşında koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Valentin Xodukin 2006 - 2009-cu illərdə Bakı klubunda işləyib. O, 2007/2008 mövsümündə komanda ilə ölkə çempionu olub. Komanda növbəti mövsüm onun rəhbərliyi altında Çempionlar Liqasının birinci təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Şimali Makedoniyanın "Rabotniçki" klubunu mübarizədən kənarlaşdırıb - 0:0, 1:1.