
UEFA İcraiyyə Komitəsinin üzvlüyü üçün seçkilərin vaxtı açıqlanıb.
Sportnet.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFS) rəhbəri Aleksandr Dyukov jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, seçkilər 2021-ci ilin aprelində konfransda gerçəkləşəcək. Bütün namizədlər yanvarın 2-dək iştirak etmək niyyətlərini bildirməlidirlər.
RFS Dyukovun namizədliyini irəli sürdüyünü açıqlayıb.